Gələn ilin iyununda Bakıda �Caspian Oil and Gas� sərgisi açılacaqdır

Gələn il iyunun 5-dən 8-dək Bakıda Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan �Caspian Oil and Gas� � 19-cu Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgi və konfransı keçiriləcəkdir Gələn il iyunun 5-dən 8-dək Bakıda Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan �Caspian Oil and Gas� � 19-cu Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgi və konfransı keçiriləcəkdir.AzərTAc xəbər verir ki, dünyada aparıcı sərgi və konfrans təşkilatçısı olan Böyük Britaniyanın �ITE Group� PLC şirkəti və onun Qafqazdakı tərəfdaşı �İteca Caspian� LLC-nin təşkilatçılığı ilə Bakı Sərgi Mərkəzində keçiriləcək sərgidə neft və qaz yataqlarında çıxartma işləri, geofizika və geologiya, qaz və neft quyularının tikintisi və işlənməsi, platformalar və üzən qazma qurğuları, qaz çıxartma sənayesi üçün avadanlığın layihələşdirilməsi, istehsalı və texniki qulluq, boruların salınması və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təminatı, neft və qaz saxlama sistemlərinin təmin edilməsi və s. bölmələr fəaliyyət göstərəcəkdir.Eyni zamanda, sərgi çərçivəsində �Xəzər neft və qaz konfransı� da keçiriləcəkdir. Konfransda dünya enerji bazarında dəyişikliklər, Avropanın enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolu, Xəzər regionu kəşfiyyat və hasilat sektorunun cari inkişaf istiqamətləri, Xəzəryanı dövlətlər arasında əməkdaşlıq, regiona investisiya qoyuluşu, Xəzərin neft və qaz ehtiyatlarının dünya bazarlarına nəqli, Azərbaycanın ixrac yollarının şaxələndirilməsi, neft və qaz hasilatı, emalı və neft kimyası sahəsində yeni layihələr, ətraf mühitə təsiri azaldan texnologiyalar və xidmətlər, Xəzərin artan geosiyasi və iqtisadi əhəmiyyəti kimi məsələlər müzakirə ediləcəkdir.
Sərgi və konfrans Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi dəstəyi ilə keçiriləcəkdir.

AzərTAc

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com