Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Göyçayda Gənclər Mərkəzinin inşası başa çatmaq üzrədir

Göyçay rayonundakı Gənclər Mərkəzinin inşası sürətlə davam etdirilir. Rayonda gənclərin asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulan iki mərtəbəli binanın inşasında daş hörgü işləri başa çatdırılıb. Dam örtüyü quraşdırılıb, binanın fasadında üzlük işləri görülüb. Heydər Əliyev parkında müasir standartlara uyğun inşa edilən binanın daxilində hazırda təmir işləri görülür. İşlərin vaxtından əvvəl başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Mərkəzin otaqlarında suvaq-malyar və rəngləmə işləri görülür. Gənclər Mərkəzinin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.

Ümumi sahəsi 2400 kvadratmetr olan binada konfrans və “dəyirmi masa”ların keçirilməsi üçün zallar, internet klub, stolüstü oyunlar üçün otaqlar, idman zalı, kitabxana, müxtəlif sahələr üzrə dərnəklər fəaliyyət göstərəcək.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]