Görkəmli alimə həsr olunmuş kitab

Bu il Moskvada görkəmli iqtisadçı və coğrafiyaşünas, iqtisad elmləri doktoru, professor Nikolay Vasilyeviç Alisovun 90 illiyinə həsr olunmuş tədbirlər keçirilir. Bununla əlaqədar olaraq, Moskva Dövlət Universitetində Qlobal sosial-iqtisadi coğrafiya� adlı elmi məqalələr toplusu çapdan çıxmışdır. Prof. N.V. Alisovun xatirəsinə həsr olunmuş bu kitab iki hissədən ibarətdir. Birinci hissəsi bütövlükdə N.Alisovun və eli fəaliyyətinə həsr olunmuşdur. O, uzun illər MDU_in dünya təsərrüfatı coğrafiyası kafedrasının müdiri olaraq yüksək səviyyəli mühazirələr və elmi araşdırmalar apararaq, çox sayda bacarıqlı alimlərin yetişməsinə nail olmuşdur. Kitabın birinci hissəsində prof. N.Alisovun həmkarları və tələbələri onun vətəndaş, mütəxəssis, müəllim və insan kimi xüsusiyyətləri haqqında öz təsuratlarını oxuculara çatdırırlar. Bu yazılar arasında, təqdim edilən məqalənin müəllifin də, N. Alisovun tələbəsi olaraq, �Prinsipial alim və qayğıkeş müəllim� adlı məqaləsi öz əksini tapmışdır.
Kitabın ikinci hissəsi prof. N. Alisovun elmi ideyaların inkişaf etdirilməsinə həsr olunan elmi məqalələrdən təşkil olunmuşdur.
Kitab geniş oxucu kütləsinə yönələrək, tarix, iqtisadiyyat, dünya təsərrüfatı geourbanistika, ölkəşünaslıq və digər sosial-iqtisadi sahədə çalışan mütəxəssislər və alimlər üçün nəzərdə tutulmuşdur.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com