Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimlərinə AR Təhsil Problemləri İnstitutunun təliminin sertifikatları təqdim olundu

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimləri 24-31.01.2016-cı il tarixlərində Təhsil Problemləri İnstitutunun keçirdiyi Yeni təhsil proqramı (kurikulumu) üzrə təlimdə iştirak etdilər. 04.02.2016-cı il tarixində müəllimlərə həmin təlimin sertifikatları təqdim olundu.

Tədbirdə AR Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, direktor müavini Ənvər Abbasov, İnstitutun şöbə müdirləri və əməkdaşları , Faiq Şahbazlı, Bədəl Qəndilov, İlham Cavadov, İctimai Televiziyanın “Açıq dərs” verilişinin aparıcısı Orxan Cabbarlı və başqaları iştirak edirdilər. Kompleksin direktoru Sevinc xanım Rzayeva, direktorun birinci müavini Samir Xanlarov, məktəbin direktoru Nasim Abışov gələn qonaqları salamladılar və məktəbin müəllimlərinin təkmilləşməsi məqsədilə mütəmadi olaraq bu cür təlimlərdə iştirak etdiklərini qeyd etdilər. İnstitutun direktoru Qulu Novruzov başda olmaqla bütün kollektivinə belə məzmunlu və faydalı təlimlərin keçirildiyinə görə təşəkkürlərini bildirdilər.

Onlar qeyd etdilər ki, bu əməkdaşlıq gələcəkdə də yeni təlim, seminar və digər tədbirlərlə davam etdiriləcəkdir. Qulu müəllim də öz növbəsində bu Kompleksin müəllimlərinin təlimlərdə göstərdiyi fəallıqdan, uğurlu nəticələrindən , öz yüksək intellektual səviyyələri və geniş dünyagörüşləri ilə seçildiklərini vurğuladı, onlara yeni nailiyyətlər arzuladı.

Müəllimlərdən Leyla Hüseynova, Qalib Şərifov, Xumar Qazıyeva, İradə Əliyeva, Şəhanə Səfərova, Rafiq Məmmədov çıxış edərək təlimlər haqda təəssüratlarını bölüşdülər, təşkilatçılara və təlimşi-müəllimlərə minnətdarlıqlarını bildirdilər. Sonda müəllimlərə sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]