Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Hikmət Hacıyev: “Ermənistan sudan ekoloji terror məqsədi ilə istifadə edir”

“Azərbaycanın su resurslarının böyük hissəsi Ermənistanın işğalı altındadır. Biz Sərsəng su anbarını xüsusi qeyd etməliyik”. Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası tərəfindən 22 mart tarixinin “Ümumdünya su resursları günü” elan edildiyini xatırladan H. Hacıyevin sözlərinə görə, su resurslarının effektiv şəkildə idarə olunması, insanların su ilə təmin olunması BMT tərəfindən 2030-cu illərə qədər müəyyən olunmuş davamlı inkişaf məqsədlərinin vacib tərkib hissəsidir. XİN rəsmisi Ermənistan tərəfinin sudan ekoloji terror məqsədi ilə istifadə etdiyini vurğulayıb.

H. Hacıyev qeyd edib ki, Ermənistan mənsəbi Azərbaycanda olan çayların qəsdən çirkləndirilməsini həyata keçirir: “Ermənistanın su resurslarını çirkləndirməsi və ondan terror üçün istifadə etməsi kimi qərəzli siyasətini kəskin şəkildə pisləyirik. Hesab edirik ki, beynəlxalq ictimaiyyət bu məsələyə diqqət ayırmalıdır”.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]