Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Hökumət mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara nəzarət qaydalarında dəyişiklik etdi

Nazirlər Kabineti “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət qaydaları”ında dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, dəyişikliyə əsasən, sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar yoxlamalar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin əsaslandırılmış müraciətləri əsasında aparılacaq.

Növbədənkənar yoxlamalar zamanı mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə müvafiq səlahiyyətli dövlət orqanlarına, dövlət orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin müraciətləri daxil olduqda, xüsusi icazənin sahibi olan fiziki şəxs vəfat etdikdə, hüquqi şəxs ləğv olunduqda, xüsusi icazənin sahibi olan hüquqi şəxsi yenidən təşkil olduqda yeni xüsusi icazənin verilməsi qaydası ləğv edilib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]