Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

IBM Azərbaycanda fəaliyyət strategiyasını müəyyənləşdirib

IBM şirkəti Azərbaycanın informasiya texnologiyaları bazarında fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirib. Trend xəbər verir ki, bu barədə “InfoCity” texnika və texnologiya jurnalına müsahibəsində IBM şirkətinin Azərbaycandakı baş direktoru İlya Kravtsov deyib.

O bildirib ki, şirkətin Azərbaycandakı strategiyasını analitik həllər, “bulud” texnologiyaları, informasiya təhlükəsizliyi məsələləri və mobil texnologiyaların istiqamətləri təşkil edəcək: “Bu istiqamətlərin inkişafında maraqlıyıq. Həmçinin konsaltinq və autsorsinq sahəsində təcrübə və xidmətin inkişafına xüsusi diqqət ayıracağıq. Burada IBM həll təklif edə bilər ki, bu təklif çərçivəsində avadanlıq və proqram təminatı sifarişçinin ərazisində yerləşib, IBM-ə məxsus ola bilər. Bu IBM-in xidmət kimi təklif etdiyi kompleks həldir”.

İ.Kravtsov qeyd edib ki, əksər ölkələrdə şirkət dövlətin strateji tərəfdaşı kimi çıxış edir və bir çox əhəmiyyətli dövlət tapşırıqları IBM-in təklif etdiyi texnoloji və intellektual zəminə əsaslanır. Belə ki, şirkətin həlləri vergi orqanları, mərkəzi banklar, müxtəlif nazirliklər və qurumlarda istifadə olunur: “Azərbaycan indi transformasiya və inkişafın mühüm mərhələsindədir. Bu inkişafı dəstəkləyə və dövlətə töhfə verə bilsək, çox məmnun olardım. Azərbaycanın məqsədi neft və qazdan asılılığı azaltmaq, iqtisadiyyatın effektivliyini və rəqabət qabiliyyətini artırmaq, innovativ əsasda iqtisadiyyatın inkişafını təmin etməkdir. Bu IBM-in “Ağıllı planet” konseptinə uyğun gəlir və bu konseptə uyğun gələn həllərə böyük tələbat proqnozlaşdırırıq”.

Baş direktor hesab edir ki, dövlət sektorunda “bulud” texnologiyaların fəal inkişafını da qeyd etmək lazımdır: “Bir çox ölkələr dövlət “bulud” platforması (G-cloud) adlanan texnologiyanı artıq reallaşdırıb. Başqaları isə bu texnologiyanın yaradılma mərhələsindədir”.

İ.Kravtsov həmçinin Azərbaycanın ali təhsil müəssisələri ilə uğurlu qarşılıqlı əməkdaşlığı da qeyd edib: “Belə əməkdaşlığın ən maraqlı istiqamətlərindən biri “IBM Watson”-dur. Bu istiqamət dünyanın aparıcı ali məktəblərində tədris olunur. Gələcək mütəxəssislərin hələ tədris mərhələsində IBM-in həlləri barədə öyrənib, nəticədə əldə etdikləri bilikləri təcrübələrinə tətbiq etmələri üçün təhsil müəssisələri ilə daha sıx əməkdaşlıqda maraqlıyıq”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]