Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

İcazələrin e-informasiya portalının xidmətlərindən 390 mindən çox istifadəçi yararlanıb

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən avqust ayında 6800-dən çox, indiyədək isə 390 mindən çox internet istifadəçisi yararlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqust ayında portala yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Türkiyə, Polşa, Almaniya, Lüksemburq, Ukrayna və Gürcüstandan olan istifadəçilər də müraciət ediblər.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 20 dövlət qurumunun 159 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

Hazırda 5 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilib və bir ay müddətində ictimai müzakirə üçün portalda saxlanılacaq.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]