Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

IFC Azərbaycanda aqrar sığortanı dəstəkləyəcək

Azərbaycanda kənd təsərrüfatının sığortalanması layihəsinin reallaşdırılması çərçivəsində yayda Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında sazişin imzalanması gözlənilir.

Bunu jurnalistlərə ASA-nın sədri Orxan Bayramov deyib.

Onun sözlərinə əsasən, bu il iyulun 2-3-də Bakıda təşkil ediləcək VI Beynəlxalq Sığorta Forumundan sonra imzalanma mərasimi keçiriləcək: “Söhbət kənd təsərrüfatının sığortalanması sahəsində qanunvericiliyin yaradılmasından getmir, çünki birinci növbədə bu sahədə ekspertlər hazırlamaq lazımdır. Mütəxəssislərin hazırlanması artıq sentyabrdan başlaya bilər”.

O.Bayramov qeyd edib ki, treninqlər beynəlxalq ekspertlər tərəfindən keçiriləcək: “Bununla belə, onların hansı ölkədən gəlməsi üstünlük veriləcək sığorta modelindən asılı olacaq. Onlar Türkiyə və regionun digər ölkələrinin mütəxəssisləri ola bilər”.

ASA sədri, həmçinin bu sahəyə aktuarların cəlb edilməsinin vacibliyini vurğulayıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]