Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

İlin əvvəlindən Əli Əmirov adına neft-qazçıxarma idarəsində 46 geoloji tədbir görülüb

“Azneft” İstehsalat Birliyinin Əli Əmirov adına neft-qazçıxarma idarəsində ilin əvvəlindən aparılan 46 geoloji tədbir nəticəsində əlavə olaraq 2 min 443 ton neft, 405 min kubmetr qaz, 86 texniki tədbirdən isə 725 ton əlavə neft alınıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyuların yeraltı və əsaslı təmiri briqadalarının işini sürətləndirmək məqsədilə 10 ədəd uzun müddət işləyəbilən səyyar qaldırıcı yenisi ilə əvəz olunub, 10 quyu isə səyyar qaldırıcılar ilə işləmək üçün hazırlanıb. Neft və qazçıxarma sahələrində hava elektrik ötürücü xətləri yeraltı kabel xətləri ilə əvəz olunub. Böyük həcmdə sosialyönümlü işlər görülüb, təmizlik-abadlıq işləri aparılıb, yollar abadlaşdırılıb. Yaşıllıqların genişləndirilməsi istiqamətində 1250 ədəd zeytun ağacı əkilib, 0,4 hektar ərazi hamarlanaraq yaşıllaşdırma üçün hazır vəziyyətə gətirilib ki, gələcəkdə burada 1000 ədəd ağacın əkilməsi nəzərdə tutulur.
http://azertag.az/xeber/Ilin_evvelinden_Ali_Amirov_adina_neft_qazchixarma_idaresinde_46_geoloji_tedbir_gorulub-867945

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]