Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi Şurasının (Şura) maliyyə dəstəyi ilə itkin ailəsindən olan uşaqlarla görüş təşkil etdi.

Mayın 31-də “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi Şurasının (Şura) maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və hüquqi yardıma ehtiyacı olan ailələri üçün psixoloji “Xidmət Mərkəzi”inin fəaliyyətinin davamlılığının təmin olunması” layihəsi çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələri və uşaqları ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə görüş keçirib. Görüşdən sonra uşaqlar və ailələri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uşaqlar üçün nəzərdə tutulan “Danışan gəlincik” tamaşasını pulsuz izləyiblər.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən görüşdə layihə rəhbəri Aytəkin Nuriyeva, layihənin hüquqşünası Ülviyyə Rəhimova və sosial işçi Nisə Rəhimova iştirak ediblər.
Onu da qeyd edək ki, 2012-ci ildə Fondun nəzdində Beynəlxalq Qızıl Xaç Komitəsi və Şura ilə birgə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” yaradılıb.
Mərkəzin 3 illik fəaliyyəti dövründə Bakının Nərimanov, Səbail, Xətai və Sabunçu, Suraxanı, Nəsimi rayonlarında yaşayan itkin düşmüş şəxslərin ailələri üçün 300-ə yaxın qrup görüşü keçirib, 500 – ə yaxın itkin düşmüş şəxsin ailə üzvünə psixo-sosial yardım göstərib, 200 – ə yaxın xəstə və görüşlərə gələ bilməyən ailə üzvləri birbaşa psixoloq və hüquqşünas, habelə, sirdaşlar (İtkin düşmüş şəxslərin ailələrindən seçilmiş xüsusi sosial işçilər) tərəfindən evlərində ziyarət ediliblər.
Artıq 3 ildir ki, fəaliyyət göstərən “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” 2014-cü ildə Şuranın dəstəyi ilə “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji “Xidmət Mərkəzi”nə çevirilib.
Şuranın dəstəyi və daxili imkanlar hesabına bu günə qədər Bakı şəhərində yaşayan itkin düşmüş şəxslərin ailələrinə mütəmadi psixoloji (ehtiyac olduqda həm də hüquqi) xidmətlər göstərilib.

Mətbuat xidməti

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]