Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

İran Azərbaycan vasitəsilə qazının Avropaya ixrac edilməsinə hazırdır

İran “Cənub qaz dəhlizi” üzrə Avropaya qaz nəqli məsələsində Azərbaycanla əməkdaşlıq edəcək. Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

O bildirib ki, İran Asiya bazarlarından başqa, Avropa bazarlarına da qaz ixrac etməyi planlaşdırır: “İran qazının Avropaya nəql yollarından biri Azərbaycan vasitəsilə nəql olunmasıdır. Düşünürəm ki, “Cənub qaz dəhlizi”nin istifadə edilməsində Azərbaycanla əməkdaşlıq edə biləcəyik. Bu məsələ ilə bağlı Azərbaycan Energetika naziri və müvafiq qurumlarla danışıqlar aparmışıq. Hər iki ölkənin rəsmiləri daim qaz sahəsində danışıqlar aparır və bu danışıqlar davam edir”.

M.Vaezi qeyd edib ki, neft və qaz sahəsində Azərbaycan və İran arasındakı əlaqələr çox yaxşı səviyyədədir: “Hesab edirəm ki, tərəflərin bir-birinə ehtiyacı var. Hazırda Azərbaycan İranla “svop” şərtlərlə Naxçıvan Muxtar Respublikasına (NMR) qaz tədarük edir. Digər tərəfdən, müəyyən dövrdə Azərbaycanın qaz ehtiyacı artır ki, biz də bunu ödəyə bilərik. Müəyyən mövsümlərdə isə İranda qaz çatışmazlığı olur ki, Azərbaycan bu tələbi təmin edə bilər”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]