Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

İran İKT sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

İran informasiya-kommunikasiya texnologiyaları (İKT), həmçinin peyk rabitəsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

Nazir bildirib ki, Azərbaycan Rabitə və Yüksək Texnologiayalar naziri Əli Abbasovla yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqlar aparılıb: “Danışıqlar zamanı İKT və peyk rabitəsi sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub, həmçinin İran kanallarının Azərbaycan peyki vasitəsilə yayımlanması ilə bağlı ilkin danışıqlar aparılıb”.

M.Vaezi qeyd edib ki, bu sahədə Azərbaycan və İran şirkətləri də danışıqlar aparır: “Ə.Abbasov İrana səfəri zamanı İran şirkətləri ilə tanış oldu. Mən də Azərbaycana səfərim zamanı Azərbaycan şirkətləri ilə tanış oldum. Bundan başqa, iki həftə əvvəl Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov Tehrana səfəri zamanı bir sıra İran şirkətləri ilə tanış oldu. Düşünürəm ki, İKT sahəsində əməkdaşlıq etmək üçün ölkələrimiz arasında böyük potensial var”.

O qeyd edib ki, Azərbaycan və İran bərpa oluna bilən enerji məsələsini də müzakirə edib. Bu məsələ ilə bağlı İranın Energetika Nazirliyi və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən sənədlər paketi hazırlanıb: “Sənədlər yaxın gələcəkdə imzalanacaq. Bu, alternativ və bərpa olunan enerji sahəsində İran və Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə imkan yaradacaq”.

M.Vaezi həmçinin bildirib ki, İran Azərbaycanla birgə avtomobil və dərman preparatlarının istehsalında da maraqlıdır. O qeyd edib ki, iki ölkənin özəl sektorlarının əməkdaşlığı üçün əlverişli şərait var.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]