Sorğu

Loading ... Loading ...

Təqvim

May 2018
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

İran Xəzərin suyunu Urmiya gölünə axıtmaq imkanını öyrənir

İran Xəzərin suyunu Urmiya gölünə axıtmaq imkanını öyrənir İranın Su və Enerji Resursları Şirkəti Xəzər dənizindən Urmiya gölünə su daşınması imkanını öyrənir. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu şirkətin icraçı direktoru Məhəmməd Rza Rzazadə deyib.
Onun sözlərinə görə, şirkət son 3 ayda Norveç, Avstriya və Şimali Amerikadan olan konsultantların köməyi ilə araşdırmalar aparır: “Araşdırmaları il ərzində yekunlaşdırmağı planlaşdırırıq”.
İcraçı direktor əlavə edib ki, bərpa üzrə indiki səylər səmərəli olmasa, göl 4 il ərzində bataqlığa çevriləcək.
Urmiya gölü İranın şimal-qərbində yerləşir. Göldə suyun səviyyəsi 1995-ci ildən azalır.
Urmiya gölünün sahəsi təqribən 6 min kvadratkilometrdir. Gölün xilas edilməsi üçün hər il 3,1 milyard kubmetr su lazımdır.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com