Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

İrana qarşı sanksiyaların ləğv edilməsi neftin qiymətinə təsir etməyəcək

İrana qarşı sanksiyaların ləğv edilməsi uzunmüddətli perspektivdə neftin qiymətinə təsir etməyəcək. Trend-in məlumatına əsasən, bu barədə dünən Bakıda keçirilən XII “MDB və Baltikyanı ölkələrin istiqraz konqressi”ndə Bakı Dövlət Universitetinin Riyazi İqtisadiyyat kafedrasının professoru Murad Tağıyev deyib.

M.Tağıyev bildirib ki, sanksiyaların həmişə nəticələri pis olub: “Qısamüddətli perspektivdə onların təsiri ciddi olmaya bilər, lakin uzunmüddətli perspektivdə ölkənin iqtisadiyyatını məhv edir. Bu baxımdan düşünürəm ki, xüsusilə neft sektoruna yönəlmiş uzunmüddətli sanksiyalar öz işini görüb”.

Professor hesab edir ki, İranın qısa müddət ərzində yeni texnologiyalar tətbiq edə bilməsi çox çətindir, buna görə neftin maya dəyəri kifayət qədər yüksək olacaq və qısamüddətli perspektivdə sanksiyaların ləğv edilməsi neftin qiymətinə təsir edə bilər, ancaq daha böyük bir təsir gözləmək lazım deyil.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]