Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

İranın elektron xəritəsi Azərbaycanın naviqasiya sisteminə inteqrasiya olunacaq

İranın elektron xəritəsi “GoMap” (gomap.az) naviqasiya sisteminə daxil edilə bilər. Bu barədə Trend-ə “SINAM” şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, İranın elektron xəritəsinin “GoMap” sisteminə inteqrasiya məsələsi hazırda danışıqlar mərhələsindədir: “Türkiyənin elektron xəritəsinin “GoMap” sisteminə daxil edilməsi ilə bağlı Türkiyənin “Infotech” şirkəti ilə prinsipial razılığın əldə olunması da yenilikdir. Türkiyənin naviqasiya xəritəsinin “GoMap” sisteminə tam inteqrasiyası üçün texniki məsələlər həll edilməlidir”.

Hazırda “GoMap” Azərbaycan və Gürcüstan ərazisində vahid marşrutun çəkilməsinə imkan verir. “GoMap”-in əhatə dairəsinin genişlənməsi Türkiyəyə səfər edən turistlər üçün bu xidməti faydalı edəcək.

Xəritə genişləndikdən sonra Türkiyənin turist məntəqələrinə səyahət etmək, xüsusilə avtomobil sürücüləri üçün daha rahat olacaq.

Belə ki, avtomobil yollarının xəritəyə daxil edilməsi zamanı bütün yol işarələri və yol hərəkət qaydaları nəzərə alınacaq.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]