Sorğu

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Şirvan (Əli Bayramlı)

Şirvan 1938-ci ilədək Zubovka adlanıb, 1938-1954-cü illərdə qəsəbə, 1954-cü ildən sonra isə şəhər statusu almışdır. Onun ərazisi 30 kv. km, əhalisinin sayı 73,7 min nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir.
Şirvan Kür çayının sol sahilində, Şirvan düzündə, nəqliyyat baxımından əlverişli coğrafi mövqedə yerləşir.
Şirvan inkişaf dövrü 1941-ci ildən sonra ərazidə neft sənayesinin inkişafı ilə bağlı olmuşdur. Bu neft mədənlərini �Şirvan neft� Mədənlər İdarəsi təşkil etmişdir. Bu illər ərzində regionda neft sənayesinə xidmət edən müəssisələr də yaranmışdır.
Ümumiyyətlə Şirvan şəhəri Aran iqtisadi rayonunun sənaye mərkəzlərindən biridir. Elektrik enerjisi istehsalına görə Şirvan respublikamızda ikinci yeri tutur. Burada həmçinin neft sənayesi, yüngül və yeyinti sənaye sahələri də yerləşir. Şəhərdə 39 müəssisə fəaliyyət göstərir ki, onlardan da Şirvan DRES-ni, “Şirvanneft� Neft və Qazçıxarma idarəsini, yağ, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodlarını və neft-qaz hasil edən müəssisələri misal göstərmək olar.
Regionda kənd təsərrüfatı nisbətən zəif inkişaf etmişdir. Burada tərəvəzçilik, üzümçülük, meyvəçilik və heyvandarlıq zəif də olsa, inkişaf etdirilir. Son on ildə kənd təsərrüfatında nisbətən irəliləyişlər qeydə alınmışdır. Lakin bu regionun tələbatını təmin etmir.
Gələcəkdə Şirvan şəhərinin inkişaf etdirilməsi baxımından bir çox tədbirlər planı həyata keçirilməlidir.

Zaur İmrani

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com