Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“İTRON Gas” şirkəti Azərbaycanda 1 mln. smart tipli qaz sayğacı quraşdırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “İTRON Gas” şirkətinin prezidenti Marsel Regnierin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR prezidenti Azərbaycanın bu günlər “Bakı 2015” birinci Avropa oyunlarına ev sahibliyi etdiyini söyləyib, qonaqların bu oyunlar zamanı gözəl bir idman bayramı yaşayacağına əminliyini bildirib.

M. Regnier qısa bir müddətdə bu böyük tədbirin keçirilməsinə hazırlıq işlərinin başa çatdırılmasını yüksək qiymətləndirib, oyunların əhəmiyyətini vurğulayıb və bu münasibətlə Azərbaycanı təbrik edib. Daha sonra qonaq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə “İTRON Gas” şirkəti arasında möhkəm əməkdaşlıq münasibətlərinin qurulduğunu bildirib, bu əməkdaşlığın qiymətli enerji mənbəyi olan qaz təchizatının daha səmərəli şəkildə idarə olunmasına töhfə vermək məqsədi daşıdığını söyləyib.

R. Abdullayev “İTRON Gas” şirkəti ilə əməkdaşlığın uğurla davam etdiyini, bu şirkətin “Azəriqaz” İB-yə yüksək keyfiyyətli smart tipli qaz sayğacları tədarük etdiyini vurğulayıb, Azərbaycanda regionların qazlaşdırılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətdən söz açıb. O respublikamızda qazlaşdırma səviyyəsinin inkişaf etmiş ölkələr səviyyəsində, keçmiş sovet məkanında isə birincilər səviyyəsində olduğunu, ölkənin sosial iqtisadi inkişafının mühüm amillərindən sayılan qazlaşdırma tədbirlərinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən nəzarətdə saxlanıldığını söyləyib. İtkilərin azaldılmasında, sənaye müəssisələrinə və əhaliyə verilən qazdan daha səmərəli istifadə olunmasında nəzarət ölçü cihazlarının rolunu nəzərə çatdıran SOCAR prezidenti bu baxımdan “İTRON Gas” şirkətinin rolunu yüksək qiymətləndirib.

M. Regnier bu günlərdə Azərbaycanda “İTRON Gas” şirkətinin ixrac etdiyi 1 milyonuncu smart tipli qaz sayğacının quraşdırıldığını bildirib, bunun rəhbərlik etdiyi şirkət üçün böyük rəmzi məna daşıdığını söyləyib və bu münasibətlə həmin sayğaclardan birini R. Abdullayevə təqdim edib.
/apa.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]