Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Kapital Bank “Standard & Poor ‘s “-dən yüksək reytinq aldı

“Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın aparıcı banklarından biri olan “Kapital Bank”ın uzunmüddətli və qısamüddətli kredit reytinqini “BB-/B” səviyyəsində müəyyən edib, reytinqin dəyişməsi proqnozunu isə “sabit” kimi qiymətləndirib.

Bankdan Trend-ə verilən məlumata görə, agentliyin hesabatında bildirilir ki, “Kapital Bank”ın reytinqləri Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının “bb-” reytinqinin baza səviyyəsi ilə müəyyən olunur və bunun əsasında emitentə kredit reytinqi verilir: “Bununla, “Standard and Poor’s” “Kapital Bank”ın biznes mövqeyini adekvat kimi qiymətləndirir. 30 iyun 2015-ci il tarixinə 1.7 milyard manat aktivlə Azərbaycanın ikinci ən böyük bankı olan “Kapital Bank” korporativ və pərakəndə seqmentdə güclü mövqe tutur. Bank çoxşaxəli xidmətlər göstərməklə öz biznesini diversifikasiya edib və bazar mövqeyini möhkəmləndirib”.

Hesabatda vurğulanıb ki, “Kapital Bank”ın kifayət qədər kapital ehtiyatına malik olması, Azərbaycanda mürəkkəb əməliyyat mühiti şəraitində belə zərərləri “udmaq” üçün qabiliyyətini əks etdirir: “Kapital Bank”ın Azərbaycanın bank sistemi üçün mühüm əhəmiyyəti var. Anladığımız qədər hökümət də ölkənin bank sektoruna dəstək verməyə hazırdır və biz bunu müsbət amil kimi dəyərləndiririk. Biz “Kapital Bank”ın kapitallaşma və mənfəətlilik göstəricilərini “adekvat” qiymətləndiririk”.

Bildirilir ki, 2014-cü ildə səhmdarların “Kapital Bank”a 70 milyon manat yerləşdirməsi nəticəsində bankın kapital ehtiyatı əhəmiyyətli dərəcədə güclənib, sonradan əlavə qazanılan 36 milyon manat bölüşdürülməmiş mənfəət hesabına isə nizamnamə kapitalı daha da artırılıb. Beləliklə, 31 dekabr 2014-cü il tarixinə bankın kapital yetərliliyi əmsalı risklər nəzərə alınaraq, diversifikasiyaya edilən dəyişiklikdən əvvəl 10.4%-ə bərabər olub ki, bu göstərici qənaətbəxş kimi qiymətləndirilir.

“Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu dövrdə bankın yüksək reytinqə layiq görülməsi “Kapital Bank”ın etibarlığını nümayiş etdirir: “Bankın likvidlik səviyyəsinin yüksək qiymətləndirilməsi müştərilərimizin bizə olan inamını, həmçinin müştərilərimiz qarşısında öhdəliklərimizi uğurla yerinə yetirdiyimizi təcəssüm etdirir. Ölkənin sistem formalaşdıran banklarından biri kimi biz davamlı inkişaf tempimizi qorumağı və səmərəliliyimizi artırmağı əsas hədəflərimizdən hesab edirik”.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]