Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Keçən illə müqayisədə bu il zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb

Keçən illə müqayisədə zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb. Bu il ərzində 2017-ci il ərzində hesabat gününə qədər 8934 yeraltı təkan qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən verilən məlumata görə, bunu bu gün RSXM-in baş direktoru Qurban Yetirmişli AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclasında RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat  işlərinin nəticələrinə dair təqdim etdiyi illik hesabatda bildirilib.
Onlardan 3642 yerli, 2087 yaxın və 3205 uzaq zəlzələlərdir. İl ərzində Azərbaycan ərazisində  maqnitudası 3-dən böyük olan 78 zəlzələ qeydə alınıb və onlardan 26 hiss olunan zəlzələlərdir. 2016-cı ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı  azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb. 2016-cı ildə Azərbaycan ərazisində  zəlzələlərin sayı 4528, ən yüksək maqnituda 5.6 olduğu halda, 2017-ci ildə zəlzələlərin sayı 3642, ən yüksək maqnituda 5.7 olub.Azərbaycan ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 km-dir. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 km-ə artması, Xəzər akvatoriyasına keçməsi ilə əlaqədardır.
APA

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]