Sorğu

Loading ... Loading ...

Təqvim

Июль 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Keçmiş məhkumların işlə təmin olunma prosesi ilə bağlı monitorinq keçirilib

Keçmiş məhkumların işlə təmin olunma prosesi ilə bağlı monitorinq keçirilib “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Məşğulluq Mərkəzlərində keçmiş məhbuslarla bağlı monitorinqlər aparıb.
APA-nın məlumatına görə, monitorinqlərin nəticəsinə dair keçirilən mətbuat konfransında İctimai Birliyin sədri Kamil Səlimov deyib ki, monitorinqlər zamanı keçmiş məhkumların işlə təmin olunma prosesi öyrənilib.
K. Səlimov qeyd edib ki, Azərbaycanda il ərzində 22 minə qədər insan cinayət törədir və cəzaçəkmə müəssisələrində olan məhbusların böyük əksəriyyəti sonradan iş qabiliyyətini itirir: “Rəsmi statistika çap olunmasa da, aldığımız məlumata görə, Azərbaycanda 20 000 məhbus var. Əgər 2000-ci ildə 13958 nəfər cinayət törətmişdisə, artıq 2013-cü ildə 22381 nəfər cinayət törətdiyinə görə həbs olunub. Göründüyü kimi, bu rəqəm artan tendensiya üzrə davam edir. Cəzaçəkmə müəssisində olanların böyük əksəriyyəti artıq iş qabiliyyətini itirir və azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiya məsələsində problemlər yaşayırlar. Bu, daha çox qadın məhbuslar arasında yaşanır. Hazırda cəzaçəkmə müəssisələrində 300-dən artıq qadın məhbus var. Bu qadınlar da azad olunandan sonra mentalitetə görə, qınaq obyektinə tuş gəlir və müəyyən problemlərlə üzləşirlər. Bizi maraqlandırır ki, nə qədər məhbus azad olunandan sonra, işlə təmin olunub, sosial problemləri həll olunub”.
K. Səlimov Azərbaycanda məhbusların azadlıqdan sonrakı həyatı ilə bağlı aparılan işlərin lazımı səviyyədə olmadığını deyib.
Daha sonra 2014-cü ilin mart-aprel ayında cəzaçəkmə müəssisələrində aparılan monitorinqin nəticələri barədə məlumat verilib. Bildirilib ki, il ərzində 9 Məşğulluq Mərkəzinə ümumilikdə 90 keçmiş məhkum iş üçün müraciət edib. Bunlardan da 26-sı işlə təmin edilib. 2013-cü il ərzində cəmi 5 keçmiş məhkum peşə kurslarına yönləndirilib.
Monitorinq zamanı bəlli olub ki, keçmiş məhkumların Məşğulluq Mərkəzlərinə müraciət statistikası çox aşağıdır və bu da onların qanunvericiliyin onlara verdiyi hüquqlar barədə məlumatsızlığından irəli gəlir.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com