Şəki şəhəri

Şəki şəhəri respublikanın şimal-qərbində Böyük Qafqaz dağının ətəklərində, Kiş çayının konusunda, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda yerləşir.
Şəki şəhəri respublikamızın ən qədim yaşayış məntəqələrindən biridir. Təxmini hesablamalara görə şəhərin əsası 2700 il bundan əvvəl qoyulub. Şəhər orta əsrlərdə Şəki xanlığının mərkəzi olmuşdur. Xanlıq dövründə Şəki əhalisi baramaçılığın yetişdirilməsi, incəsənət və ticarətlə məşğul idi. Azərbaycan Rusiyanın tərkibinə daxil olduqdan sonra isə Şəki uzun müddət Yelizavetpol quberniyasının qəza mərkəzi olmuşdur. Həmin dövrdə də Şəki şəhəri ticarət əlaqələrinin mühüm başlanğıc regionu olaraq qalmışdır. Qədim dövrlərdən bəri burada ipək istehsalı ilə məşğul idilər. Sovet dövründə isə şəhərdə ipək sənayesi yaradılmışdır.
1999-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən Şəki şəhərində 63112 nəfər əhali qeydə alınmışdır. Bu da ümumi rayon əhalisinin 40,1%-i deməkdir. Onların da 39,2%-ni kişilər, 40,8%-ni qadınlar təşkil edir.
Son illər �Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004�2008-ci illər)�, bütün regionlarda olduğu kimi, Şəki şəhərində də uğurla həyata keçirilir.
Son illər ərzində bir çox istehsal sahələri və müxtəlif profilli obyektlər tikilib istifadəyə verilmiş, əhalinin böyük əksəriyyəti işlə təmin edilmişdir. Şəhərin abadlaşdırılması istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. Bütün bu müsbət amillərlə yanaşı, rayonda görüləsi işlər hələ də çoxdur. Belə ki, Dövlət Proqramının icrası nəticəsində Şəki şəhərində öz həllini tapmamış bir sıra sosial-iqtisadi problemlər hələ də qalmaqdadır.

Zaur İmrani

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com