Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Lənkəranda sahibkarlardan investisiya layihələri qəbul edilir


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

– ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;

– müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması;

– dekorativ süni üzlük daşların və plastik qabların istehsalı, meyvəqurutma müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonda müraciət edə bilərlər: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail: [email protected]

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]