Sorğu

Loading ... Loading ...

Təqvim

May 2018
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Layihə çərçivəsində Şamaxı və İsmayılli rayonlarında görüşlər keçirildi

Layihə çərçivəsində Şamaxı və İsmayılli rayonlarında görüşlər keçirildi Layihə çərçivəsində Şamaxı və İsmayılli rayonlarında görüşlər keçirildi
“Xəzər Gələcək Naminə Tərəfdaşlıq İctimai Birliyi” tərəfindən sentyabr ayının 9-10 tarixlərində həyata keçirilən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və Azərbaycan Respublikasının vətəndaşlarının sosial-iqtisadi durumunun perspektivləri” mövzusunda “Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” tərəfindən maliyyə dəstəyi ilə İsmayıllı və Şamaxı rayonlarında layihə çərçivəsində yerli icmalarla görüşlər keçirilmişdir. Görüşlərin məqsədi əsasən yerli sakinləri və xüsusən gəncləri bu mövzu barədə maarifləndirmək və rayonların gələcək sosial-iqtisadi inkişafında daha fəal iştiraka cəlb etmək olmuşdur. Görüşlərdə layihənin rəhbəri professor Rüstəm Məmmədov və ekspert qismində “Azərbaycanda Regional İnkişaf Mərkəzi Fondu” nun prezidenti professor İsmayılov Çingiz çıxış etmişlər. Rayonlarda baş verən sosial-iqtisadi dəyişikliklər, xüsusən İsmayıllı rayonunda aparılan yenidən qurma işləri yerli sakinləri çox sevindirir və bölgənin gələcək inkişafına ümidlər yaradır. Məhz belə inkişafın davamlı olmasının təmin edilməsində əhalinin daha fəal iştirakının vacibliyini professor Çingiz İsmayılov öz çıxışında xüsusi olaraq qeyd etdi. Təşkil olunmuş görüşlərdə layihə çərçivəsində nəzərdə tutulmuş sənəd və materiallar toplusu braşur şəklində çap olunaraq görüşdə iştirak edən sakinlərə paylanılmışdır.

İcarçı direktor: Rəcəbov Vasif

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com