Litvada qaraçı soyqırımı qurbanlarının anım günü qeyd ediləcək

Litva Seymi tərəfindən anım günlərinin siyahısına yeni – hər il avqustun 2-də qeyd ediləcək qaraçı soyqırımı qurbanlarının anım günü əlavə olunub.

AZƏRTAC bu barədə ELTA agentliyinə istinadla xəbər verir.

“Bu, çoxdan gözlənilən qərar idi. Yəqin ki, artıq bizimlə olmayan insanlar da buna sevinir. Qaraçıların soyqırımı faktının tanınması hər halda bizim icmamız üçün çox böyük məsələ idi. Əlbəttə, soyqırımının miqyası tədqiqatların obyekti ola bilərdi. Onu deyə bilərəm ki, bu gün mənim qəlbimdə böyük nur var”, – deyə Litva Qaraçıları İcmasının sədri İştvan Kvik ELTA agentliyinə Seymin qərarını şərh edib.

Beynəlxalq təşkilatlar İkinci Dünya müharibəsi illərində qaraçıların soyqırımı faktını rəsmi şəkildə tanıyırlar və avqustun 2-də bütün dövlətlərdə bu günün qeyd olunmasına səy göstərirlər. 2015-ci il aprelin 15-də Beynəlxalq Qaraçılar Günü ilə əlaqədar Avropa Parlamenti “Avropada qaraçılara qarşı ədavət və İkinci Dünya müharibəsi illərində Qaraçıların Soyqırımı Günü haqqında” qətnamə qəbul etdi. Qətnamədə İkinci Dünya müharibəsi illərində qaraçıların soyqırımı faktı tanınıb, təşkilat bütün dövlətləri bu günü qeyd etməyə və 2 avqust tarixini Qaraçıların Soyqırımı Günü elan etməyə çağırıb.

2 avqust tarixi təsadüfən seçilməyib. 1944-cü ilin bu günündə Polşa ərazisindəki Auşvits-Birkenau həbs düşərgəsində 3 minə yaxın qaraçı qətlə yetirilib. Bu il həmin faciəli hadisənin 75 ili tamam olur. Litvada İkinci Dünya müharibəsi illərində 500-dək qaraçı öldürülüb.

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com