Sorğu

Loading ... Loading ...

Təqvim

June 2020
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Partnyorlarımız

Lənkəran rayonunda çay yarpağının yığımı xeyli azalıb

Cari ilin birinci yarısının yekununa əsasən Lənkəran rayonunun çayçılıq təsərrüfatları öz böhran dövrünü yaşayır.
Lənkəran rayonunun Statistika İdarəsinin məlumatına əsasən, ilin birinci yarısında bu rayonda cəmi 31,5 ton çay yarpağı yığılmışdır. Qeyd edək ki, keçən ilin analoji dövründə rayonda 130 ton çay yarpağı yığılmışdır. Çay istehsalının bu cür azalması bu sahənin böhranlı bir vəziyyətə olduğunu göstərir.
Bu sahənin perspektivlərinin bir o qədər də ümidverici olmamasına baxmayaraq, rayonun İcra Hakimiyyəti və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) Lənkəran çayçılığının dirçəlməsi üçün müəyyən addımlar atmışlar. Göründüyü kimi bu sahənin dirçəldilməsi üçün fermerləri çayçılığa cəlb etmək və sistemli strategiyanı hazırlamaq lazımdır.
Vəziyyətdən çıxış yollarından biri də bu sahədə sahibkarlığa uzunmüddətli dövlət dəstəyinin yaradılmasıdır.

Çingiz İsmayılov

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]