Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Mədəniyyət və Turizm Nazirliyinin 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin 10 illik yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və başqaları iştirak edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley münasibəti ilə nazirliyin strukturunda çalışan əməkdaşları təbrik edib. Nazir bildirib ki, on ildə Mədəniyyət və Turizm Nazirliyi bir sıra uğurlara imza atıb: “Təkcə mədəniyyət və turizm sahəsi yox, ölkədə bütün sahələr inkişaf edib, Azərbaycanın nüfuzu beynəlxalq aləmdə möhkəmlənib. Düzdür, on il çox müddət deyil, amma bu sahədə çalışan insanlar üçün tarixə çevrilib. Bu illər ərzində Mədəniyyət və Turizm Nazirliyi həm əməkdaşlarının, həm də beynəlxalq tərəfdaşlarının dəstəyini hiss edib”.

Ə. Qarayev əlavə edib ki, bu illərdə Azərbaycan muzeyləri, teatr sahəsi, kino sənayesi inkişaf edib: “Azərbaycan muzeyləri bu gün Avropanın ən yaxşı muzeyləri siyahısına daxil olub. Turizm sahəsinin inkişafı nəticəsində il ərzində ölkəyə 2,5 milyon turist gəlir. Mehmanxanaların sayı 530-a çatıb”.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]