Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Macarıstanın Milli Assambleyasının sədri : Macarıstan Azərbaycanla əlaqələrə böyük önəm verir

Macarıstan Milli Assambleyasının sədri İqtisadiyyat və Sənaye Nazirliyində olub.

İyunun 18-də İqtisadiyyat və Sənaye naziri, Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Macarıstan arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının siyasi iradəsinin, qarşılıqlı səfərlərin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, iki ölkə arasında müqavilə-hüquqi baza yaradılmış, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya, Macarıstanda Macarıstan-Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir, ticarət dövriyyəsində dinamik artım müşahidə edilir. Nazir Şahin Mustafayev Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyini və ölkəmizin I Avropa Oyunlarına yüksək səviyyədə hazırlığını qeyd etmişdir. Macarıstan idmançıları da bu mötəbər idman yarışlarında uğurla iştirak edir və yüksək nəticələr göstərirlər.

Azərbaycanın qazandığı nailiyyətlər barədə məlumat verən Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Macarıstanın ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini, Ermənistanın işğalçı siyasətinin regional əməkdaşlığın inkişafına ciddi maneə olduğunu vurğulayıb, münaqişə ilə bağlı hələ də ikili standartların tətbiq olunduğunu qeyd edib.

Görüşdə humanitar sahədə əlaqələrin genişləndiyi, Heydər Əliyev Fondu tərəfindən bu sahədə mühüm layihələrin həyata keçirildiyi, Azərbaycan gənclərinin dünyanın bir çox ölkələrində, o cümlədən Macarıstanın universitetlərində təhsil aldıqları diqqətə çatdırılıb.

Macarıstanın Milli Assambleyasının sədri Laszlo Köver qonaqpərvərlik üçün Azərbaycan tərəfinə minnətdarlıq edib, ikitərəfli əlaqələrin inkişafından razılığını ifadə edib. Cənab Köver ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd etmiş, Cənub Qaz Dəhlizi ilə bağlı həyata keçirilən layihələri dəstəklədiyini, I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Tərəflər sənaye, enerji, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair müzakirələr aparıblar.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]