Mariam Kvrivişvili: Tbilisidə Azərbaycanın turizm nümayəndəliyinin açılması çox mühüm addımdır

Gürcüstan ilə Azərbaycan arasında güclü dostluq münasibətləri var. Bizim bir sıra istiqamətlərdə, o cümlədən, turizm sahəsində çox sıx və səmərəli əməkdaşlığımız var.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili söyləyib.

Onun sözlərinə görə, Tbilisidə Azərbaycanın turizm nümayəndəliyinin açılması çox mühüm addımdır.

“Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun “Azerbaijan.Travel” qonaq mərkəzinin açılışı bizim üçün çox xoşdur və hesab edirəm ki, hər iki tərəfin maraqlarına xidmət edir” –deyə, M.Kvrivişvili vurğulayıb.

M.Kvrivişvili deyib: “Nümayəndəliyin açılması Gürcüstan vətəndaşları üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu mərkəz vətəndaşlarımızın Azərbaycana səfər etmələrinə köməklik göstərəcək”.

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com