Müasir dövrdə Gəncə şəhərində sənaye sahələrinin inkişafı

Gəncə şəhəri Azərbaycanın ikinci böyük şəhəridir. Onun ərazisi 0,11 min kv. km, əhalisinin sayı 303,1 min nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə hər kv. km-də 2755 nəfər təşkil edir. Onu da qeyd etmək lazımdır ki, son on ildə Gəncə şəhərində təbii artım göstəricisi aşağı düşmüşdür. Belə ki, əhalinin hər min nəfərinə təbii artım orta respublika göstəricisindən aşağı olmaqla 4 nəfər təşkil edir. Əhalinin artımı mürəkkəb proses olub bir sıra amillərdən asılıdır. Gəncə şəhərində təbii artımın aşağı düşməsinin bir çox səbəbləri vardır: müharibənin təsiri, sosial sferanın zəifləməsi, miqrasiya prosesinin güclənməsi və s. Həmçinin 2004-cü ildə şəhərdə işsizlik statusu alanların sayı 1233 nəfər olmuşdur. İşsizliyin aradan qaldırılması üçün əmək ehtiyatlarından düzgün istifadənin müstəsna dərəcədə əhəmiyyəti vardır.
Ümumiyyətlə şəhərdə yerləşən sənaye sahələrinin ən qabaqcıl, mütərəqqi və perspektivli sahələrini sürətlə inkişaf etdirmək və onun səmərililiyini əhəmiyyətli dərəcədə artırmaq hesabına regionun təsərrüfat sahələrində yaranmış mənfi halların aradan qaldırılmasına, sənaye istehsalının artırmasına, əmək qabiliyyətli əhalinin işlə təmin edilməsinə nail olmaq olar. Gəncə şəhərində 2003-cü ildə 108 müəssisə fəaliyyət göstərmişdir ki, bu da 2000-ci illə müqayisədə 47,9% çoxdur. Sənaye məhsulunun həcmi müvafiq illərlə müqayisədə 132100 milyon manat artaraq 273239 milyon manat olmuşdur. Müəssisələrin və sənaye məhsulunun həcminin artmasına baxmayaraq, işçilərin orta sayı 2000-ci il ilə müqayisədə 2851 nəfər azalmışdır.
1950-ci illərdə ağır sənayenin inkişafı sahəsində işlər aparılmışdır. Gəncədə yüksək potensiala malik olan Aliminium zavodu inşa edilmişdir. Gəncədə qara və əlvan metallurgiya xammalının hasilatı, onların ilkin emalı müəssisələri də yerləşir. Onun metallurgiya sənayesi Daşkəsən dəmir filizi və Zəylik alunit mədənlərindən çıxarılan xammal əsasında işləyir. Həmçinin Gəncə sənaye qovşağına daxil olan Gəncə şəhəri və onun ətraf əraziləri əhəngdaşı, mərmər, gips və s. təbii ehtiyatlarla da zəngindir. Burada həmçinin ipək parça və ayaqqabı istehsal edən sənaye sahələri də fəaliyyət göstərir.
Son illər şəhərdə özəl sektorun inkişafına da diqqət artırılmışdır. Belə ki, 2004-cü ildə Gəncə şəhərində kərpic istehsalı zavodu tikilib istifadəyə verilmişdir. Gəncə Avtomobil zavodunda isə �OKA� markalı avtomobillərin yığımına başlanılmışdır. Həmçinin, şəhərdə �Billur� zavodu, �Fatoğlu� şirkəti, �Gəncə-mebel� ATSC, �Elba� MMC və digər bir sıra sənaye müəssisələri fəaliyyətə başlamışdır. Həmçinin 2004-cü ildə dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitalın 38%-ni, qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar 62%-ni investisiyaya yönəltmişlər. Bu müəssisələrdə çalışanların 54,7%-i dövlət, 45,3%-i isə qeyri-dövlət mülkiyyətində cəmlənmişdir.
Yüngül və yeyinti sənaye sahələrinin inkişafının yüksəldilməsində əhalinin yerli tələbatı əsasında yaradılan yeyinti sənaye müəssisələri böyük rol oynayır. Əhalinin yüksək keyfiyyətli ərzaq və qida məhsulları ilə təmin edilməsində yeyinti sənayəsinin böyük əhəmiyyəti vardır. Şəhərdə fəaliyyət göstərən yüngül və yeyinti sənaye sahələrində 2004-cü ildə istehsal gücü: pampıq parça 108 min kv. metr, qənnadı məmulatları 86,4 ton, xalça və xalça məmulatları 4,1 min kv. metr, kolbasa 12,2 ton, un 47,7 min ton, araq 135,7 min dal, üzüm şərabı 75,8 min dal, meyvə şirəsi 102,1 min dal, pivə 24,6 min dal və s. olunmuşdur.
Gəncə şəhərində sənayenin ümumi məhsul həcminə, xüsusi çəkisinə və məhsul istehsalı göstəricilərinə görə ümumi inkişaf səviyyəsini təmin etmək olar. Bu da mövcud olan inkişafın özünəməxsus xüsusiyyəti ilə əlaqədardır. Son illər şəhərdə sənaye sahələrinin bərpası və yeni müəssisələrin yaradılması ərazidə sənaye istehsalının yüksəldilməsinə səbəb olmuşdur.

Zaur İmrani

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com