Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Millət vəkili Elxan Süleymanov: “Hüququn aliliyini özünün əsas prinsipi elan edən ABŞ-ın petisiyaya münasibəti Azərbaycan cəmiyyətinin və 2085 saylı qətnaməyə səs verən 45 Avropa ölkəsinin rəyinə münasibəti olacaq”.


Mayın 6-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Ədalətin bərqarar olunması və böyük fəlakətin qarşısının alınması” adlı petisiya layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransını açan AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov mətbuat nümayəndələrini salamlayaraq bildirdi ki, bir ay öncə təmsil etdiyi qurum Ağ evin rəsmi saytında Obama administarasiyasına petisya ilə müraciət edib. AVCİYA petisiya layihəsinə dəstək qazanmaq məqsədilə geniş kampaniya aparıb. Müxtəlif istiqamətlər üzrə təşkil edilən kampaniya çərçivəsində petsiya layihəsinin mətni çap edilib, yayılıb. KİV vasitəsilə müraciətlər edilib və ali təhsil müəssisələrində keçirilən görüşlərin vasitəsi ilə səs verənlərlə birbaşa təmas qurulub. Petisiyada AŞPA-nın 2085 saylı qətnaməsinin müddəalarının yer aldığını qeyd edən E.Salmanov söylədi ki, petisiya üçün ayrılan 30 gün başa çatsa da, Obama administrasiyasının cavabına qədər səsvermə davam edəcək.
Petisiyanın müəllifi və AŞPA-nın 2085 saylı qətnaməsinin təşəbbüskarı, AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov qeyd etdi ki, indiyədək petisiyanın qəbul edilməsi üçün lazım olan 100 min səsə qarşı, 327 min nəfər səs verib. Millət vəkili bildirdi ki, AVCİYA-nın petisiyası Ağ evin rəsmi səhifəsindəki 110 petisiya içərisində səsverənlərin sayına görə artıq 20-ci gündür ki, birinci yerdədir. Elxan Süleymanov bu aksiyanı AVCİYA-nın həyatını Azərbaycanın suverenliyi və çiçəklənməsi uğrunda mübarizəyə sərf edən Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində onun işıqlı xatirəsinə töhfəsi kimi dəyərləndirdi. Petisiyanın əsas məqsədinin Ermənistana ilk dəfə olaraq işğalçı damğası vuran AŞPA-nın 2085 saylı qətnaməsinin tələblərinin və Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlandığını dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olduğu bildirildi. AVCİYA prezidenti qeyd etdi ki, hüququn aliliyini özünün əsas prinsipi elan edən ABŞ-ın petisiyaya münasibəti Azərbaycan cəmiyyətinin və 2085 saylı qətnaməyə səs verən 45 Avropa ölkəsinin rəyinə münasibəti olacaq. E.Süleymanov diqqətə çatdırdı ki, son bir ay ərzində 19 universitetdə, o cümlədən özünün iştirakı ilə 12 universitetdə görüşlər keçirilib. Gənclərin Azərbaycanın ərazi bütövlüyü uğrunda əzmlə mübarizə apardıqlarını deyən Elxan Süleymanov, bu mübarizədə Azərbaycanın daim yanında olan Türkiyə xalqını səmimi minnətdarlığını bildirdi. Millət vəkili həmçinin, petisyanın mahiyyətinin geniş auditoriyaya çatdırılmasındakı roluna görə media mənsublarına təşəkkür etdi.
Millət vəkili Elxan Süleymanov yaxın vaxtlarda petisiya layihəsi çərçivəsində görülən işlərlə bağlı “1905.az Kitabı” seriyasından yeni nəşrin işıq üzü görəcəyini bildirdi.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]