Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Milli Məclisin regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib


Yanvarın 24-də Milli Məclisin regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 2016-cı ilin payız sessiyası dövründə görülən işlər və 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericiliklə bağlı məsələlər barədə məlumat verilib.

Komitə sədri Arif Rəhimzadə çıxış edərək bildirib ki, hesabat dövründə 5 iclas keçirilib, 22 məsələ müzakirə olunub ki, bunlardan da 7-si qanun layihəsidir. Hesabat dövründə komitənin ünvanına daxil olmuş 198 məktub, təklif, ərizə və şikayətin 84-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülüb.

Milli Məclisin deputatları komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Sonra komitənin 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib.

Bildirilib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlarda və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılması nəzərdə tutulur.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]