Əmircan qəsəbəsinə magistral su xətti çəkilib

�2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair� Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsinin su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur.
Azərsu� ASC-dən SalamNews-a verilən xəbərə görə, indiyədək qəsəbəyə içməli suyun 2 magistral xətdən verilməsi və həmin xətlərə qeyri-qanuni qoşulmalar su təchizatında pərakəndəlik yaradıb. Yeni layihəyə görə, qəsəbəyə içməli su bir mənbədən veriləcək və bu məqsədlə 2467 metr magistral su xətti çəkilib. Bununla paralel olaraq qəsəbənin kanalizasiya şəbəkəsi yenidən qurulur. Artıq 4540 metr uzunluğunda kanalizasiya xətti çəkilib və çirkab suların axıdılması üçün 600 mm diametrli borularla 380 metr uzunluğunda kollektor tikilib. Növbəti mərhələdə qəsəbədaxili su şəbəkəsi yenilənəcək və bütün abunəçilər sayğacla təmin ediləcək. Layihə üzrə işlərin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulur. Bununla da Əmircan qəsəbəsində 30 mindən çox sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılacaq.

SalamNews

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com