Mərkəzi Bankda �Makroiqtisadi siyasət: qlobal çağırışlar və milli imperativlər� mövzusunda �dəyirmi masa� keçirilmişdir

Mərkəzi Bankda �Makroiqtisadi siyasət: qlobal çağırışlar və milli imperativlər� mövzusunda �dəyirmi masa� keçirilmişdir
Azərbaycan Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzində (TİM) gənc iqtisadçı alimlərin iştirakı ilə �Makroiqtisadi siyasət: qlobal çağırışlar və milli imperativlər� mövzusunda �dəyirmi masa� keçirilmişdir.
Bakı, 29 dekabr (AzərTAc). Azərbaycan Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzində (TİM) gənc iqtisadçı alimlərin iştirakı ilə �Makroiqtisadi siyasət: qlobal çağırışlar və milli imperativlər� mövzusunda �dəyirmi masa� keçirilmişdir.
Mərkəzi Bankın Baş direktoru Emin Hüseynov bildirmişdir ki, qurum iqtisadiyyatın hər bir sahəsində baş verən dəyişiklikləri daim izləyən gənc iqtisadçı alimlər ilə fikir mübadiləsi aparmağa böyük önəm verir.
Daha sonra �dəyirmi masa� iştirakçıları dünya iqtisadiyyatında gedən prosesləri, makroiqtisadi siyasətlər qarşısında meydana çıxan yeni çağırışları müzakirə etmişlər. Eyni zamanda �dəyirmi masa� iştirakçıları yeni dövrdə Azərbaycanda makroiqtisadi siyasət ilə bağlı strateji məsələlər barədə də fikir mübadiləsi aparmışlar.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com