Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Müharibədə itkin düşmüş və hüquqi yardıma ehtiyacı olan şəxslərin ailələri üçün psixoloji xidmətlərin təşkili” layihəsinin icrası yekunlaşmışdır


“İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondu tərəfindən 05.05.2016-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibədə itkin düşmüş və hüquqi yardıma ehtiyacı olan şəxslərin ailələri üçün psixoloji xidmətlərin təşkili” layihəsinin icrası yekunlaşmışdır. Layihənin əsas məqsədi Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ona bitişik ərazilərini işğalı zamanı itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan ailələrinin psixo-sosial çətinliklərinin azaldılması məqsədi ilə onların hüquqi maarifləndirilməsi, sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını, dövlətin bu qəbildən olan vətəndaşlarına müəyyən etdiyi təminatlarına əlçatımlılığını təmin etmək, ailələrə unudulmadıqları mesajını vermək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək ola bilmək, müharibədə itkin düşmüş şəxslərin ailələrinin effektiv və pulsuz hüquqi və psixoloji yardımla təmin etməkdən ibarət olmuşdur. 3 ay davam etmiş layihə çərçivəsində ailələrin bir birlərini yaxından tanıması, sosial əlaqələrinn gücləndirilməsi üçün 2 qrup görüşü keçirilmiş, 50-yə yaxın itkin ailəsi ilə evlərində və ofisdəfərdi görüşlər keçirilmiş, fondun hüquqşünas və psixoloqları tərəfindən 200-ə yaxın itkin düşmüş şəxsin ailə üzvünə hüquqi məsləhət verilmiş, hüquqi və psixoloji yardım göstərilmişdir.
Qeyd etmək istərdik ki, fondun nəzdində Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılmış “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və hüquqi yardıma ehtiyacı olan ailələri üçün psixoloji “Xidmət Mərkəzi”i fəaliyyət göstərir.

Mətbuat xidməti

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]