Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Ümumi daxili məhsulun istehsalı artmışdır

Ümumi daxili məhsulun istehsalı artmışdır AzərTAc-ın verdiyi məlumata əsasən ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 16,5 faiz, yaxud müqayisəli qiymətlərlə 2 milyard manat artaraq 18,5 milyard manata çatmışdır.
ÜDM-un 74,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 64,7 faizi sənayedə, 7 faizi inşaat kompleksində, 3,1 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 18,2 faiz, o cümlədən nəqliyyatda 3,6 faiz, ticarət və ictimai iaşədə 7,1 faiz, rabitədə 1,4 faiz, sosial və qeyri-formal xidmətlərdə 6,1 faiz təşkil etmişdir.
ÜDM-un 7 faizi xalis məhsul və idxaldan gələn vergilərin payına düşmüşdür. Ötən ilin birinci yarısına nisbətən adambaşına ümumi daxili məhsul istehsalı 15,2 faiz artaraq 2.168,7 manat olmuşdur.

Mənbə: Azərbaycanda Regional İnkişaf Mərkəzi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]