Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Muxtar respublikada 550 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

Ötən il muxtar respublika ərazisində ekoloji mühitin qorunması və bərpası sahəsində görülən işlər davam etdirilib. Yaşıllaşdırma aylıqları çərçivəsində 550 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 455 mindən çox ağac və gül kolu əkilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əkilən ərazilərin 200 hektarını yeni meyvə bağı və yaşıllıqlar, 20 hektarını üzüm bağı, 17 hektarını badam bağı təşkil edib. Meşə fondu sahələrindən 6 min 400 kubmetr quru oduncaq kütləsi tədarük edilərək hərbi hissələrə verilib. Həmçinin bu dövrdə muxtar respublikanın torpaq və iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış 520 mindən çox meşə və meyvə tingi, həmişəyaşıl ağac, gül və bəzək kolları yetişdirilib.

Ətraf mühitin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər aparılıb. Bundan başqa, əhalinin istifadə etdiyi içməli və təsərrüfat sularının mövcud standartlara uyğunluğunun nəzarətdə saxlanılması məqsədilə 65 monitorinq keçirilib, su nümunələri götürülərək təhlil olunub. Yay-qış otlaqlarının, biçənək və örüşlərin, digər torpaq ehtiyatlarının geobotanik tərkibinin, münbitliyinin qorunması, bərpa edilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq tədbirlər davam etdirilib.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com