Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Muxtar respublikada genişzolaqlı internet istifadəçilərinin sayı il ərzində 5285 nəfər artıb

Ötən il muxtar respublikada “Evədək optika” layihəsi çərçivəsində 72 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib və Gigabit Passiv Optik Şəbəkə avadanlığı qurulub, 2562 ədəd yeni telefon nömrəsi istismara verilib.

Bu faktları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Rövşən Məmmədov səsləndirib.

“Ötən il plan tapşırıqlara 102,7 faiz əməl olunub. Tarif gəliri əlavə dəyər vergisiz 8 milyon 425 min 958 manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 150 min 21 manat çoxdur”, – deyən nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən yeni qurulan avadanlıqlar sayəsində genişzolaqlı internet istifadəçilərinin sayı il ərzində 5285 nəfər artıb.

“Naxçıvan­poçt”un kommunal ödəniş sisteminin proqram təminatının daha müasir “Oracle” məlumat bazası əsasında qurularaq serverdə yerləşdirildiyini qeyd edən Rövşən Məmmədov, ümumilikdə, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin öz müştərilərinə 27 milyon 436 min 390 manat dəyərində xidmət göstərdiyini bildirib.

Nazir qeyd edib ki, nazirliyin birgə müəssisəsi olan “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinin ilk ilində ciddi uğurlara imza atıb. Yüksəkkeyfiyyətli xidmət sayəsində 4-cü nəsil “Naxtel” operatorunun istifadəçi sayı il ərzində 20700 nəfər artaraq 30 minə yaxınlaşıb. Bank ödəniş və qəbul terminallarında “Naxtel”in sim-kartlarından kanal yaradıcı vasitə kimi istifadə olunması və hesabat sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlər icra edilib, 120 pos-terminal və 10 bankomatda “Naxtel” sim-kartlarından istifadə təmin olunub. Hazırda Gürcüstanda “Naxtel”in rouminq xidməti işə salınıb, digər 10 ölkə üzrə test-sınaq işləri həyata keçirilir.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı işlər aparılıb. Bundan əlavə, 2017-ci ilin iyun ayında nazirliklə Çin Xalq Respublikasının “Huawei” şirkətinin birgə layihəsi olan “Gələcəyin İKT sahəsindəki toxumları” adlı ikinci proqram çərçivəsində 12 tələbə “Huawei” şirkətinin Şenjen şəhərindəki yay təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]