Naftalanda yeni su anbarları tikilir

Naftalan şəhərində əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün kompleks tədbirlər həyata keçirilir.
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, bu məqsədlə əvvəllər mövcud olan və sonralar baxımsızlıqdan sıradan çıxmış kəhrizlərin bərpasına başlanılıb. Artıq mütəxəssislərin köməyi ilə bu təbii su mənbələrinin bir neçəsi üzə çıxarılıb.
Şəhər icra hakimiyyəti başçısının müavini Arzu Məmmədov bildirib ki, həyata keçirilən bu işlərlə yanaşı, Naftalanın mərkəzində hər birinin tutumu min kubmetrədək olan iki yeni su anbarının inşasına da başlanılıb. Bu işlər başa çatdırıldıqdan sonra Naftalan şəhərinin içməli su problemi birdəfəlik həll ediləcək.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com