Sorğu

Loading ... Loading ...

Təqvim

May 2018
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Naxçıvan Muxtar Respublikasında yeni istehsal müəssisələrinin sayı artır

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı dinamik surətdə inkişaf edir.
Muxtar respublikanın İqtisadi İnkişaf Nazirliyindən AzərTAc-a bildirmişlər ki, dinamik inkişafın təmin olunması bir tərəfdən mövcud müəssisələrin fəaliyyətinin bərpası ilə əlaqədardırsa, digər tərəfdən bu, sahibkarlığın inkişafı üçün yaradılmış şəraitdən istifadə olunaraq yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması ilə bağlıdır.
1994-2008-ci illərdə muxtar respublikada 211-i istehsal, 21-i xidmət sahəsi olmaqla 232 müəsissə istifadəyə verilmişdir. 2009-cu ildə 82-si istehsal, 17-si xidmət sahəsi olmaqla 99 istehsal və xidmət sahəsi genişləndirilmişdir.
Bu ilin ötən dövründə 34-ü istehsal, 5-i xidmət sahəsi olmaqla 39 istehsal və xidmət sahəsinin, həmçinin 80 fermer təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Yeni yaradılmış və ya fəaliyyəti bərpa edilmiş müəssisələrin sayı təsərrüfatlar da daxil olmaqla 450-ə çatdırılmışdır.
Cari ildə istifadəyə verilmiş müəssisələr hesabına 527 iş yeri açılmışdır. Yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırmışdır. Əsas məqsəd isə ondan ibarətdir ki, ölkəmizdə istehlak mallarına tələbat yerli istehsal hesabına ödənilsin. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada 287 növdə məhsul istehsal olunur. Onun da 108 növü ərzaq, 179 növü qeyri-ərzaq məhsuludur. Bu ilin ötən dövründə 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla ümumilikdə 242 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com