Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Nazir Moskvaya gedir

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-9 may tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində MDB-nin rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci və MDB-nin Koordinasiya Şurasının 21-ci birgə Nazirlər Toplantısında iştirak edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Əli Abbasov MDB ölkələrinin rabitə nazirləri üçün təşkil olunan nümayəndə heyəti ilə birlikdə 9 may tarixində keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunmuş hərbi paradda, eyni zamanda, rabitəçi-hərbçi hissələrin veteranlarla görüşündə iştirak edəcək.

Rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin inkişafı və daha da genişləndirilməsi məqsədilə nazir Ə.A.bbasov Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistanın sahə nazirləri ilə də ikitərəfli görüşlər keçirəcək, həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin icrası ilə bağlı danışıqlar aparacaq.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]