Sorğu

Loading ... Loading ...

Təqvim

Май 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Апр    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Nazirlik bu il 27 mindən çox şəxsi iş yeri ilə təmin edib


Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 27 146 nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri, onların əmək bazarına çıxışının asanlaşdırılması üçün 3 977 nəfər şəxs dərzi, kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Həmçinin idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında 1 595 nəfər vətəndaş haqqı ödənilən ictimai işlərə göndərilib.

Yanvar-noyabr aylarında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları vasitəsilə əhalidən və ayrı-ayrı iş adamlarından təmir, tikinti, yaşıllaşdırma və s. ilə bağlı qəbul edilmiş sifarişlər əsasında 3 774 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib.

Qeyd olunan müddətdə gələcəkdə düzgün peşə seçmələrinə köməklik məqsədilə 99 687 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com