Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“Neft Daşları “nda quyu fondu genişləndirilir

“Neft Daşları” yatağında hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi işləri daim diqqət mərkəzində saxlanılır. Yeni quyular qazılır, köhnələr təmir olunur və istismara buraxılır.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu günlərdə “Azneft” İB “Neft Daşları” NQÇİ-nin sifarişi ilə 2585 nömrəli stasionar dəniz özülündən qazılmış 2593 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 2232-2228 metr intervaldan sutkalık 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

“Neft Daşları” yatağındakı 2192 nömrəli stasionar dəniz özülündəki 2198 nömrəli quyu isə əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 736-733 metr intervaldan gündəlik 17 ton neft hasilatı ilə istismara daxil edilib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]