Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

“Neft Daşları ” yatağında yüksək təzyiqli su xəttinin çəkilməsi layihəsi üzrə tikinti-quraşdırma işləri yerinə yetirilib

SOCAR-ın “Neftqaztikinti” tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə ”Neft Daşları” yatağındakı 619-810 saylı estakadayanı meydançalar və 810 saylı meydança ilə 1887 saylı stasionar dəniz özülü arasında yüksək təzyiqli su xəttinin çəkilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə tikinti-quraşdırma işlərini uğurla yerinə yetirib. Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verib.

Layihə çərçivəsində Trest tərəfindən 619-810 saylı estakadayanı meydançalar arasında uzunluğu 2,7 kilometr və 810 saylı estakadayanı meydança ilə 1887 saylı SDÖ arası uzunluğu 2,1 kilometr olan boru xətti çəkilib.

Məhsuldarlığı gün ərzində 1500 kubmetr olan borunun işçi təzyiqi 10,0 MPa, diametri 300 millimetrdir. Layihə üzrə 2014-cü ilin sentyabrında başlanılmış və cari ilin mayında sona çatdırılmış tikinti-quraşdırma işləri “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən yerinə yetirilmişdir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]