Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Neftin qiyməti yenidən düşdü

Brent markalı neftin 1 barelinin qiyməti 46 dollardan aşağı düşüb.

Trend-in məlumatına görə, Brent markalı neft 1,7%, yəni 45,84 dollara qədər düşüb.

Neftin WTI markasının qiyməti 0,8%, yəni bir bareli 40,83 dollara qədər azalıb. Ucuzlaşan neftin fonunda avqustun 21-i Moskva birjasında dolların kursu 68 rublda qiyməti ötüb, avronun məzənnəsi isə ilk dəfə fevral ayının əvvəlində 77 rubldan yuxarı qalxıb.

Analitiklər neftin növbəti qiymətlərinin düşməsini ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsiylə bağlayıblar, çünki ölkədə avqustun 7-14 qədər xam neft ehtiyatları 2,6 milyon bareldə artıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]