Sorğu

Loading ... Loading ...

Təqvim

September 2018
M T W T F S S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

İnsan inkişafı indeksinə görə Azərbaycan 76-cı pillədə qərarlaşmışdır


İnsan inkişafı indeksinə görə Azərbaycan 76-cı pillədə qərarlaşmışdır
Məlum olduğu kimi, cari il noyabrın 2-də BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən �İnsan İnkişafı Hesabatı 2011� açıqlanmışdır. Yayılmış məlumatda insan inkişafı indeksinə görə Azərbaycanın dünya ölkələri arasında 91-ci pillədə yer alması göstərilmişdir.
Bakı, 29 dekabr (AzərTAc). Məlum olduğu kimi, cari il noyabrın 2-də BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən �İnsan İnkişafı Hesabatı 2011� açıqlanmışdır. Yayılmış məlumatda insan inkişafı indeksinə görə Azərbaycanın dünya ölkələri arasında 91-ci pillədə yer alması göstərilmişdir.
Düzgünlüyü şübhə doğuran bu məlumat Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) kompleks təhlil edilmiş, �İnsan İnkişafı Hesabatı 2011�-in müəlliflərinə, BMT-nin, UNESCO-nun Statistika İnstitutunun ekspertlərindən məsələnin araşdırılması üçün rəsmi xahiş olunmuşdur.
DSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Komitənin iki aya yaxın apardığı təkidli yazışmaları nəticəsində UNDP öz səhvini etiraf etmişdir. Səhv �təhsilin orta müddəti� göstəricisinin 11,1 il əvəzinə UNDP tərəfindən yanlış olaraq 8,6 il kimi nəzərə alınması ilə bağlı olmuşdur. Hesabatın tərtibatına məsul şəxs Milorad Kovaçeviç baş vermiş anlaşılmazlığa görə təəssüfləndiyini bildirməklə yanaşı, DSK-ya rəsmi olaraq xətanın aradan qaldırıldığını bəyan etmişdir.
Nəticədə, dünya ölkələrinin sıralamasında Azərbaycanın yeni mövqeyi 76-cı pillədədir. Həmin hesabatda �Adambaşına ümumi milli gəlir� göstəricisi üzrə tərtib edilən sıralamada isə ölkəmiz 81-ci yerdədir.
Dünya təcrübəsinə görə bu, Azərbaycan iqtisadiyyatının insan inkişafı məqsədlərinə kifayət qədər yaxşı istiqamətləndirilməsinin göstəricisidir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com