Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Ölkəmizə geni dəyişdirilmiş məhsulların idxalının qarşısı alınmalıdır

Ölkəmizə geni dəyişdirilmiş məhsulların idxalının qarşısı alınmalıdır Bu günlərdə Rusiyada geni dəyişdirilmiş dənli bitkilərin becərilməsi haqqında KİV-də məlumat yayıldı. Hələ keçən il 23 Sentyabrda Rusiya höküməti tərəfindən geni dəyişdirilmiş dənli bitkilərin əkilməsi barədə rəsmi qərar qəbul olunmuşdur. Artıq 2016-cı ildən belə dənli bitki məhsulunun əldə edilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, Rusiya MDB məkanında dənli bitkinin istehsalı üzrə aparıcı dövlət olaraq, istehsal məhsulunun bir hissəsini xarici ölkələrə ixrac edir. Təbii ki, gözləmək olar ki, bu ixracda məhz geni dəyişdirilmiş dənli bitkilərə üstünlük veriləcəkdir. Nəzərə alsaq ki, Azərbaycan ildə 2 milyon tondan çox dənli bitkilər istehsal etdiyi halda çörək məhsulları istehsalı üçün buğdaya olan tələbatını ödəmir və bu səbəbdən Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən buğda və başqa dənli bitki məhsullarını idxal edir. Özlənilən geni dəyişdirilmiş dənli bitkilərin idxal edilmə təhlükəsini nəzərə alaraq, növbəti 3-cü “Regionların Sosial-İqtisadi İnkişaf” Dövlət Proqramında bu məsələyə xüsusi diqqət verilməlidir. Heç də gizli deyil ki, son illər ölkəmizə idxal edilən meyvə məhsullarının içində geni dəyişdirilmiş məhsullar da vardır. Meyvə məhsullarından fərqli olaraq, çörək məhsulları gündəlik istifadə edilən qida məhsulu olduğu üçün geni dəyişdirilmiş buğdanın istifadəsi əhalinin sağlamlığına böyük təhlükə yaradır. Məhz buna görə növbəti illərdə ölkəmizdə dənli bitki istehsalında buğda istehsalına (orqanik toxumlar əsasında) artırılmasına xüsusi fikir verilməlidir. Ölkəmizə idxal edilən (əsasən özəl şirkətlər və sahibkarlar tərəfindən) dənli bitkilərin keyfiyyətinin (geni dəyişdirilmiş olub-olmadığı) müəyyən edilməsi üçün dövlət sərhəd keçid zonalarında xüsusi laboratoriyalar yaradılmalıdır. Hələki idxal edilən dənli bitkilərin belə laboratoriyalarda analiz edilmədiyi üçün geni dəyişdirilmiş dənli bitkilərin idxalı təhlükəsi gündəlikdə qalır. Ümid etmək olar ki, bu məsələ müvafiq dövlət qurumları tərəfindən ciddi nəzarətə alınacaqdır.

Prof. DR. Çingiz İsmayılov

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com