Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Onlarla obyektdə saxlama müddəti ötmüş malların satıldığı aşkar edilib

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakının Nərimanov rayonu H.Əliyev küçəsi, ev 69 ünvanında yerləşən Maarif Salahova məxsus mağazada, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Rəhman Şirinova məxsus mağazada, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 83 ünvanında yerləşən Əli Səfərova məxsus mağazada, Xətai rayonu Əhmədli qəsəbəsi, Park küçəsi, 3 ünvanında yerləşən Arzu Cəlilova məxsus mağazada, Sumqayıt şəhəri “Nəsimi” parkında yerləşən Yaşar Kərimliyə məxsus “Palma” restoranında, Almas Nəcəfova məxsus “Qala” kafesində, Faiq Kərimova məxsus “Bulvar” restoranında normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 73 ünvanında yerləşən Elşən Məmmədova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Məlumatda qeyd olunur ki, analoji hal Nizami rayonu Ş.Mirzəyev küçəsi, 68A ünvanında yerləşən Əlizamin Hüseynova məxsus mağazada, Yasamal rayonu B.Səfəroğlu küçəsi, 5 ünvanında yerləşən Anar Verdiyevə məxsus mağazada, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2 ünvanında yerləşən Hikmət Hüseynova məxsus mağazada, Zabrat qəsəbəsində Seyfəddin Əliyevə və Vüsal Cavadova məxsus mağazalarda və Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, 4 ünvanında yerləşən Elnur Quliyevə məxsus mağazada da saxlama müddəti ötmüş malların satıldığı müəyyən olunub.

Bundan başqa, monitorinq zamanı Xəzər rayonu Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 8/12 ünvanında yerləşən Elman Cəbrayılova məxsus mağazada, Buzovna qəsəbəsi, Ağamalı küçəsində Amil Əliyevə məxsus mağazada, Gədəbəy şəhəri S.Vurğun küçəsində yerləşən Mübariz Qəmbərova və Hafiz Rüstəmova məxsus mağazalarda, Beyləqan rayonu 1-ci Şahsevən kəndində Anar Məmmədova məxsus mağazada, Zərdab rayonu Pərvanlı kəndində Hakim Mikayılova məxsus mağazada, Qusar şəhəri Qusar çayının sağ sahilində Malik Babayevə məxsus mağazada, Lənkəran rayonu Osaküçəsi kəndində Rasif Həbibliyə məxsus mağazada və Lənkəran şəhəri, T.İsmayılov küçəsi, 21 ünvanında yerləşən Sübhan Sadıqova məxsus mağazada da saxlama müddəti ötmüş malların satıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]