Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Ötən il Azərbaycanın cəzaçəkmə müəssisələrində 1000-dək


Azərbaycanda penitensiar sistemdə 2015-ci ildən narkomaniyaya görə məcburi müalicənin operativliyini təmin etmək üçün müalicənin cəzaçəkmə müəssisələrinin Tibb-sanitar hissələrində həyata keçirilməsinə başlanıb, qiymətləndirmə Həkim-Məsləhət Komissiyasının səyyar iclaslarında yerlərdə aparılıb.

APA-nın məlumatına görə, bu, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilmiş hesabat xarakterli məqalədə əksini tapıb. 2015-ci ildə Komissiyanın 106 səyyar iclası keçirilib. Təqdim edilmiş 996 narkoloji xəstə-məhkumun 924-ə məcburi müalicənin davam etdirilməsinə zərurət aradan qalxdığı barədə tibbi rəy verilib. Eyni zamanda 3-ü ağır xəstə, 54-ü əlil, 12-i 60 yaşdan yuxarı olduğu üçün məcburi müalicənin tətbiq edilə bilməməsi barədə, 3 nəfərin isə məcburi müalicəsinin tamamlamaq mümkün olmadığına görə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi barədə müvafiq tibbi rəylər verilib.

Penitensiar sistemdə narkomaniyadan əziyyət çəkən məhkumlara tibbi yardımın təmin etmək məqsədilə cəzaçəkmə müəssisələrində həkim-narkoloqların sayı artırılıb. 2015-ci ildə 7 yeni həkim-psixator-narkoloq ədliyyə orqanlarında xidmətə qəbul edilib. Eyni zamanda məhkum və həbs olunmuş şəxslərdə narkotik maddə qalıqlarının aşkarlanması məsələlərinin qanuni əsasının təmin olunması üçün mövcud qanunvericiliyə dəyişiklik və əlavələrin edilməsi barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi tərəfindən təkliflər verilib.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]