Sorğu

Loading ... Loading ...

Təqvim

Сентябрь 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Ötən ilin son ayı Binəqədi rayonunda xidmət sahələri ilə əlaqədar 3 minə yaxın müraciət daxil olub

Dekabr ayı ərzində Binəqədi rayonu üzrə sakinlərdən sosial sahələrə aid 2989 zəng daxil olub, onlardan 2356-na birbaşa cavab verilib, 790-ı ilə əks əlaqə yaradılıb. Bu, ötən ilin son ayı ərzində orta hesabla hər günə 96 zəng düşməsi deməkdir.

Bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat veriblər.

Ay ərzində xidmət sahələri ilə əlaqədar 633 şikayət ərizəsi daxil olub. Müraciətlərin 497-si tam, 66-ı qismən həll olunub, 70 müraciət sahibinə müvafiq izahat verilib.

Rayon sakinlərinin müraciətlərinin 217-si su-kanalizasiya, 168-i qaz, 112-si elektrik təchizatı, 71-i lift problemləri, qalanları digər məsələlərlə əlaqədar olub. Həll olunan müraciətlərlə əlaqədar 32 dəfə təşəkkür edilib.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com